lichess.org
Donate

MƏNİM ŞAHIM

MƏNİM ANAM

Mənim anam o qədər parlaqdır ki, günəş hər səhər ondan gözəllik məsləhətləri istəyir.

Mənim anam o qədər cazibədardır ki, təbiətdə gəzəndə ağaclar onu daha yaxşı görmək üçün hündür olur.

Mənim anam o qədər qəşəngdir ki, gülümsəyəndə sanki bütün kainat onun gözəlliyi ilə işıqlanır.

Mənim anam o qədər məlumatlıdır ki, hətta Google cavab üçün onun yanına gəlir.

Mənim anam o qədər ilahidir ki, otağa girəndə mələklər ondan avtoqraf istəyirlər.

Mənim anam o qədər əzəmətlidir ki, hətta pişiklər də onunla selfi çəkməyə çalışırlar.

Mənim anam o qədər “İron Man”-in supergüclərinə sahibdir ki,( daha doğrusu “İRON WOMAN”-dir ki,) maşınlar onu gördükdə sükuta qərq olurlar.

Mənim anam elə bir ilahədir ki, o, bağ salanda onu görmək üçün çiçəklər açır.

Mənim anam o qədər gözəldir ki, yanından keçəndə hətta təbiət də onu qiymətləndirmək üçün dayanır.

Mənim anam o qədər cazibədardır ki, göy qurşağı onun varlığında rəng spektrinə həsəd aparır.

Mənim anamın gözəlliyi belə zamansızdır ki, o, Mona Liza üçün nümunə ola bilərdi.

Mənim anam o qədər heyrətamizdir ki, otağa girəndə kəpənəklər onun kimi zərif olmağı arzulayırlar.

Mənim anam o qədər nurüzlüdür ki, bir gülüşü günəbaxanların sadəcə ona baxması üçün başlarını çevirmələrinə yetərlidir.

Mənim anamın yeməkləri o qədər dadlıdır ki, hətta Czn Burak da onu reseptlər üçün çağırır.

Mənim anam o qədər ağıllıdır ki, Harvard müəllimlərinə də dərs keçə bilər!

Mənim anam o qədər kraldır ki, hətta İngiltərə kraliçası Yelizabetta belə onunla görüşsəydi, qabağında baş əyərdi!

Mənim anam elə bir şahdır ki, onu heç kəs mat edə bilməz!!!
B.P